Slimfit
  1. AVTO VƏ MOTO

102 min BMV geri çağırıldı

102 min BMV geri çağırıldı
Sakura

102 min BMV geri çağırıldı

Almaniyanın məşhur avtomobil istehsalçısı BMV Cənubi Koreyada 102 min 468 avtomobili geri çağırıb.

Axar.az xəbər verir ki, səbəb sözügedən avtomobillərin qaz dövriyyəsi sistemindəki soyuducu maye çatışmazlığı və qüsurlu klapanlardır.

Belə ki, ötən il Cənubi Koreyada 40-a yaxın BMV avtomobilinin mühərrikində yanğın baş vermişdi. Bu səbəbdən avtomobil sahibləri istehsalçı şirkəti məhkəməyə vermiş və maddi və mənəvi ziyana görə hər adama 15 milyon Koreya vonu (13,5 min ABŞ dolları) kompensasiya tələb edirdilər.

Baş verən yanğından sonra mütəxəssislərdən və dövlət qurumlarının əməkdaşlarından ibarət qrup araşdırma aparmışdı. Araşdırmanın nəticəsindən sonra şirkətin qüsurlu avtomobilləri geri çağırması barədə qərar qəbul olunmuşdu.

Ötən ilin avqustunda başlayan proses çərçivəsində birinci mərhələdə qüsurlu hesab edilən təxminən 102 min avtomobilin indiyədək 94 faizi geri çağırılaraq, nasaz hissələr dəyişdirilib.

Qeyd edək ki, sözügedən yanğın faktları Cənubi Koreyada BMV avtomobillərinin satışının azalmasına təsir edib. Şirkətin yaydığı məlumatda deyilir ki, bu ilin yanvar-mart aylarında Cənubi Koreyada “BMV and Mini” modeli avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz azalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR