Slimfit
  1. AZƏRBAYCANLI

100 yaşlı gəncəli veteran

100 yaşlı gəncəli veteran
Sakura

100 yaşlı gəncəli veteran

Döyüşçü əzmli və müdrik insan - Qüdrət Cəfərovun yanvar ayında ömrünün 100-cü ilinə adlayıb. 

Oxu.Az xəbər verir ki, Q. Cəfərov həmişə, xüsusən də qələbə ruhlu may günlərində öz yaxınları, övlad, nəvə və nəticələri, eləcə də qonaq gələnlərlə xatirələrini bölüşməyi sevir.

Gəncədəki Tibb texnukumunu bitirən gənc Qüdrət ordu sıralarına yenicə yollanmışdı ki, Vətən Müharibəsi başlayır və o, sanitar hərbi hissələrin tərkibində böyük bir döyüş yolu keçməli olur. Bir neçə il Leninqrad cəbhəsində vuruşan gənc zabit Cəfərov ölüm blokadasının yarılmasından sonra Hitler Almaniyasının darmadağın edilməsi üçün döyüş əməliyyatlarında iştirak edir, neçə-neçə orden və medallarla təltif olunur.

Beləcə, Birinci Ukrayna cəbhəsinin döyüşçüsü, sanitar vzvodunun komandiri kapitan Qüdrət Cəfərov öz döyüş salnaməsini Berlindən də o yana, Avropanın okean sahilləri yaxınlığında bitirərək, doğma yurduna dönür. Burada öz ixtisası üzrə çalışaraq, vicdanlı və yüksək bilikli mütəxəssis kimi hörmət qazanır.

Müharibə və əmək veteranı yüz yaşının astanasında da sərrast davranış və mülahizələri ilə seçilir. Onu həmişə səliqəli döyüşçü libasında görə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR