Slimfit
  1. DÜNYA

“100 faiz əminəm ki, təşəbbüs Moskvadan gəlib” - Saakaşvili

“100 faiz əminəm ki, təşəbbüs Moskvadan gəlib” - Saakaşvili
Sakura

“100 faiz əminəm ki, təşəbbüs Moskvadan gəlib” - Saakaşvili

Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsi Moskvanın göstərişi ilə irəli sürülüb. 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib.

“Mən 100 faiz əminəm ki, təşəbbüs birbaşa Moskvadan sifariş olunub... Aydındır ki, bütün bunları Kremlin PR mütəxəssisləri təşkil edib”, - Saakaşvili deyib. Onun fikrincə, bu qanun qəbul edilsəydi, Gürcüstan Avropa İttifaqı və NATO-nu itirə bilərdi.

Saakaşvili Gürcüstandakı etiraz aksiyalarının iştirakçılarını yüksək qiymətləndirib. "Etiraz aksiyası Rusiyanın sərt gücünün xalqın iradəsini boğmağa qadir olmadığını göstərdi", - o bildirib.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Etirazlardan sonra hakim partiya qanun layihəsini geri götürdüyünü elan edib. Daha sonra Gürcüstan parlamentində qanun layihəsi ikinci oxunuşda rədd edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR