Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

10 xəstəliyə çarə

10 xəstəliyə çarə
Sakura

10 xəstəliyə çarə

Əsasən Şərq ölkələrində ədviyyat kimi istifadə olunan sumax xörəklərə qeyri-adi xoş dad verir.

Turş dada görə sumaxı “sirkə ağacı” da adlandırırlar. Sumax hətta eramızdan əvvəl Qədim Romada istifadə olunurdu.

Sumax tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Bitki olduqca güclü mikrob, iltihab və göbələk əleyhinə təsirə malikdir.

Sizə sumaxın 10 faydasını təqdim edirik.

1) Bu ədviyyat artritdən əziyyət çəkən insanlar üçün çox faydalıdır – iltihabı və ağrıları azaldır, oynaqların hərəkətliliyinin yaxşılaşmasına kömək edir. Həmçinin ədviyyat xalq təbabətində revmatizm və podaqra zamanı da müalicəvi vasitə kimi istifadə olunur.

2) Soyuqdəymə zamanı 1 çimdik sumaxı 1 fincan isti suda dəmləyin, bir qədər soyuyanda bal əlavə edin və için. Bu çox effektli iltihabəleyhinə və hərarət salan vasitədir.

3) Sumax ürək-damar sistemi xəstəliklərinin və insultun profilaktikasında çox effektlidir.

4) Sumaxın xərçəng əleyhinə təsiri var.

5) Sumaxın sidikqovucu  və iltihabəleyhinə xüsusiyyətləri onu sidik ifrazı sistemi iltihabları zamanı çox faydalı edir.

6) Arıqlamaq istəyənlər mütləq bu ədviyyatı qidalarına əlavə etməlidir. Sumax piylərin parçalanmasını sürətləndirir, onların orqanizmdə yığılmasının qarşısını alır.

7) Sumax şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə kömək edir.

8) Ağız boşluğu, damaq iltihabları, damaqların qanaması zamanı sumaxı isti suda dəmləyin və bu su ilə ağzınızı qarqara edir.

9) Sumax orqanizmi toksinlərdən, şlaklardan, ağır metallarını duzlarından  təmizləyir.

10) İshal zamanı sumax dəmləməsi bağırsaqlara antiseptik təsir edir (mikrobları öldürür) və bağırsaqları yığır.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR