Dərc edildi: Baxış sayı: 556
10 milyon manatlıq heyvandarlıq kompleksi tikilir - Sifariş bu şirkətə verildi
Qobustan rayonunda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksi tikiləcək.
"Marja" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi “Fasad-F” MMC ilə müqavilə bağlayıb. Müqavilə "Qobustan rayonunda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi"ni nəzərdə tutur.
Müqavilənin məbləği 9 milyon 744 min 578 manatdır.
Məlumata görə, bu heyvandarlıq təsərrüfatı həmçinin aqroturizm obyekti kimi nəzərdə tutulub.
2016-cı ildə dövlət qeydiyyatına alınmış “Fasad-F” MMC-nin 100 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Fəxri Cəfərovdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət