Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

10 gündə 10 kiloqram arıqladan qarabaşaq pəhrizi

10 gündə 10 kiloqram arıqladan qarabaşaq pəhrizi
Sakura

10 gündə 10 kiloqram arıqladan qarabaşaq pəhrizi

Diqqət çəkən qarabaşaq pəhrizi qısa müddətdə sürətlə çəki atmağa kömək edən pəhrizlər arasında yer alır.

Milli.Az mynet.com.a istinadən xəbər verir ki, davamlı və əksiksiz bir şəkildə tətbiq edildikdə 10 gündə 10 kiloqram atmağı təmin edir.

Qarabaşaq pəhrizi olduqca çətindir. Pəhrizə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyyə olunur. Bu pəhriz üçün bir neçə həftə meddətində qarabaşaq puresi yemək lazımdır. Bu pəhriz aşağı kalori bir proqramdır. Tərkibində bol miqdarda B1, B6, potasium, maqnezium və aminoasit var.

Qarabaşaq pəhrizi yaşlanmanı gecikdirir, qaraciyəri təmizləyir, həzm sistemini tənzimləyir, yüksək xolestrol və yüksək təzyiq riskini azaldır və beyin ən faydalı qidalardandır.

Bir stəkan qarabaşağı iki stəkan qaynar su ilə qarışdırın və islanmış qarabaşağı bir gecə boyunca saxlayın. Səhər oyandıqda pure hazır olacaq. Bu pureni gündə üç dəfə yeyin. Hər dəfə qarabaşaq yemək bir az çətin və sıxıcı ola bilər. Ona görə də menyunu canlandırmaq üçün pureyə müxtəlif meyvələr əlavə edə bilərsiniz.

Bu pəhriz zamanı hər gün 1 litr kefir də yeyilməlidir. Amma kefirin yeməklə birlikdə içilməsi məsləhət görülmür.

Gündə 1 fincandan artıq qəhvə və çay içilməməlidir. Pəhriz müddətincə şəkərli və ədviyyatlı qidalardan uzaq durmaq vacibdir.

İstənilən halda həkimlə məsləhətləşmək mütləqdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR