Dərc edildi: Baxış sayı: 1837
10 ən maraqlı allergiya
Ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının, yəni kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s. təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Bəzi insanların allergiyaları isə ümumiyyətlə, istisna hallarda müşahidə olunur.
Medicina.az saytı onlardan bir qismini təqdim edir.
Ayaqqabı allergiyası:
Müəyyən insanların ayaqlarında qaşıntı və yaxud dəridə suluq kimi problemlər meydana gəlir. Bu da bilavasitə ayaqqabıda olan kimyəvi maddələrdən olur. Bu tip insanlar ayaqqabılarını mütləq corabla geyinməlidir, əsla yalın ayaq olmaz.
Şokolad allergiyası:
Bəzi adamlarda şokoladın tərkibində olam maddələrə həssaslıq olur. Bu zaman dəridə qaşıntı, qabarcıqlıq və yaxud eqzema kimi reaksiyalar baş verir. Bu insanlar mütləq şokolad tərkibli məhsullardan uzaq durmalıdır.
Günəş allergiyası:
Günəş işıqları dəriyə təmas etdikdə müşahidə olunur. Günlü havada qeydə alınan ultra bənövşəyi şüalar dəriyə mənfi təsir edir. Bu tip allergiyalarda dəridə qızartı, qabarıqlıq, qaşıntı müşayiət olunur.
Soyuq allergiyası:
Allergik reaksiyalara ən çox məhz soyuqdur. Belə ki, soyuq hava və soyuq su orqanizmə mənfi təsir edir. Soyuq havada hərəkət və yaxud aşağı temperatur olan suda çimmək, üzmək qan təzyiqinin anidən aşağı enməsinə səbəb olur
İdman allergiyası:
Müəyyən müddət davam edən fiziki məşqlərdən sonra qida qəbul edən zaman yaranır. Bu zaman bədənin müxtəlif nahiyələrində qızartı qeydə alınır. Ən ağır vəziyyətdə isə anafilaktik şok müşahidə olunur.
Su allergiyası:
Sudan başqa digər qida və içkilərə qarşı allergiya: bu mövzuda dünyada nümunə kimi tanınan avstraliyalı uşaq Kaleb Bussenschuttdur. Körpənin sadəcə suya, buza və bəlli bir marka adı altında satılan limanata allergiyası yoxdur.
Sudan başqa bütün qidalara və içkilərə allergiya:
Bunlardan başqa, bütün qida vasitələrinə qarşı həssas olan balaca nə qida qəbul etsə, anında da qaytarır. Ona qida 20 saat davam edən proseslə mədəsinə şlanq vasitəsi verilir.
Texnologiya məhsullarına qarşı allergiya:
Miqren xəstəliyinə bənzər baş ağrıları, dəri reaksiyaları və bir çox allergiyalar məhz texnologiya məhsullarından istifadə etdikdən sonra qeydə alınır. Bura hava feni, mikro dalğalı soba, mobil telefonlar və s texnoloji əşyalar da daxildir. Texnoloji vasitələrə həssaslıq son illərin geniş miqyasda yayılan allergiyalaındandır.
Alt paltarı allergiyası:
Sintetik və digər kimyəvi qatqıları olan parçalardan hazırlanan paltarla qarşı dəri həssaslığı əksəriyyət insanlarda müşahidə olunur. Xüsusi ilə alt paltarlarının cildə təmas edən hissələrində müxtəlif problemlərlə müşahidə olunur.
Ayna
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət