Superkar McLaren Senna 640km getdikdən sonra tamamilə yandı
Motor1 yazır ki, öz hekayəsini şəbəkədə paylaşan bloqer Salomondrin avtomobilin bədbəxt sahibi oldu. Bloqer iddia edir ki, avtomobil aldıqdan cəmi 11 gün sonra odla tamamilə məhv oldu. Yanğının səbəbi hələlik müəyyən edilməyib. Bloqerin sözlərinə görə, hərəkət zamanı o boruda od görüb və dayanmaq qərarına gəlib. Sürücü odu təkbaşına söndürməyə çalışıb, amma heç nə alınmayıb. Nəticədə maşın tamamilə yanıb.
Xatırladaq ki, McLaren Senna modelinin buraxılışını hələ 2017-ci ildə elan etmişdi. Avtomobili Formula 1-in üçqat çempionu Ayrton Sennanın şərəfinə adlandırıblar ki, o McLaren formula heyətində 1988, 1990 və 1991-ci illərdə titullar qazandı. Superkar dörd litrlik 8-silindrli 800 at gücünə malik biturbomotorla təchiz olunur. McLaren Senna modelindən 500 nümunə buraxmağı planlaşdırırdı. Avtomobilin qiyməti 1 milyon dollardan başlayır.
Mənbə: avtonovosti.site
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət