Slimfit
  1. TEXNOLOGİYA

1 milyarddan çox "Android" qurğusu təhlükə altındadır

1 milyarddan çox "Android" qurğusu təhlükə altındadır
Sakura

1 milyarddan çox "Android" qurğusu təhlükə altındadır

Dünyada “Android” sisteminin idarəetməsi altında işləyən 1 milyarddan çox qurğu haker hücumları qarşısında dayanıqsızdır, çünki həmin qurğular lazımi təhlükəsizlik yeniləmələri almır.
 
ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Which?” resursunun araşdırmasına görə, dünyada “Android” istifadəçilərinin 42,1%-i sözügedən mobil əməliyyat sisteminin 6.0 və daha əvvəlki versiyalarından (Marshmallow (2015), Lollipop (2014), KitKat (2013), Jellybean (2012), Ice Cream Sandwich (2011) və ya Gingerbread (2010)) istifadə edirlər. Beləliklə, əməliyyat sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyən qurğuların istifadəçiləri zərərverici proqram təminatına yoluxma, məlumat itkisi və kiberhücum təhlükəsi altındadır.
 
Məlum olduğu kimi, ƏS-nin ən son versiyaları (Android 10, Android 9.0 Pie və Android 8.0 Oreo) təhlükəsizlik yeniləmələri alır, daha əvvəlki versiyalar isə haker hücumları qarşısında dayanıqsızdır. Mütəxəssislər araşdırma üçün “Motorola X”, “Sony Xperia Z2” və “Samsung Galaxy A5 2017” daxil olmaqla bir neçə mobil telefon modeli əldə ediblər və bu cihazların məlum boşluqlar qarşısında dayanıqsız olduğu məlum olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR