Slimfit
  1. TEXNOLOGİYA

1 həftə müddətində avtonom işləyə bilən təhlükəsiz smartfon təqdim edilib

1 həftə müddətində avtonom işləyə bilən təhlükəsiz smartfon təqdim edilib
Sakura

1 həftə müddətində avtonom işləyə bilən təhlükəsiz smartfon təqdim edilib

Smartfonlarda məhsuldarlığın yüksəlməsi onlar tərəfindən sərf edilən enerjinin miqdarının artmasına səbəb olur ki, bu da cihazın avtonom işləmə müddətinə mənfi təsir edir. Əksəriyyət bir həftə müddətində avtonom işləyən düyməli telefonları nostalji hissi ilə xatırlayır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yaxın günlərdə 10000 milliamper/saat tutumlu akkumulyatora malik "Oukitel WP2" cihazı təqdim edilib. Bu aparat "IP68" standartına uyğun olaraq toz və suya qarşı dayanıqlıdır.
 
"Oukitel WP2" qurğusu uzun müddət avtonom işləyən əvvəlki smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası olacaq.
 
Hələ ki smartfon haqda informasiya azdır. Əsas özəlliyi 10000 milliamper/saat tutumlu akkumulyatora malik olmasıdır. İstehsalçı smartfondan orta istifadə aktivliyi zamanı onun bir həftə müddətində avtonom işləməsinə dair söz verir.
 
Aparatın daha bir özəlliyi yüksək dərəcədə dayanıqlığıdır. Polistirol ebonitdən hazırlanmış korpus yalnız suya qarşı dayanıqlı deyil, həmçinin konstruksiyanın möhkəmliyini təmin edir, hündürlükdən yerə düşmə zamanı və ya zərbə aldıqda zədələnməsinin qarşısını alır. Bundan başqa, displey cızıqlara qarşı dayanıqlı möhkəm "Corning Gorilla Glass" şüşəsi ilə qorunacaq.
 
Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR