Slimfit
  1. TƏHSİL VƏ KARYERA

1 ayda paytaxt üzrə təhsillə bağlı 7 018 müraciət daxil olub

1 ayda paytaxt üzrə təhsillə bağlı 7 018 müraciət daxil olub
Sakura

1 ayda paytaxt üzrə təhsillə bağlı 7 018 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin oktyabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 7 018 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 718 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 017vətəndaş müraciəti daxil olub. 342 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 2 588 sənəd (vətəndaşlar tərəfindən 581 ərizə, Təhsil Nazirliyindən 439, digər qurumlardan 298, məktəblərdən 1 106 məktub, 60 strukturdaxili yazışma və 104 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 353 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.

Qeyd edək ki, oktyabr ayı ərzində, həmçinin, BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 4 rayonu (Xəzər, Pirallahı, Nizami və Nərimanov) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra məsələlər araşdırılaraq operativ şəkildə həll olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR