Slimfit
  1. MARAQLI

08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib?

08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib?
Sakura

08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib?

Adətən eyni rəqəmlərin ardıcıllıqla düzüldüyü gün insanların diqqət mərkəzində olur və əlamətdar gün hesab edilir. 08.08.2018 tarixi də belə günlərdəndir.

Cəmiyyətdə belə bir fikir var ki, guya bu gün toy və digər özəl günlər keçirənlərin sayı başqa günlərə nisbətən daha çoxdur. Səbəb isə insanların belə günlərə daha çox maraq göstərməsidir. Hətta toyunu məhz belə günlərdə, bu tarixlərdə etmək üçün uzun müddət gözləyənlər də az olmayıb və indi də var. Lakin məsələyə bu cür yanaşanların sayı deyəsən ötən illərə nisbətən azalıb. Bakının bir neçə şadlıq evindən aldığımız məlumatlar da bunu nisbətən təsdiqləyir.

Səadət Sarayından Milli.Az-a bildirilib ki: "Bu gün müraciət edənlər nisbətən bir az çoxdur. Lakin demək olar ki, digər günlərlə müqayisədə elə də ciddi bir fərq nəzərə alınmır".

"Neolit" şadlıq evindən Mİlli.Az-a bununla bağlı bunlar bildirilb: "Keçən il əlamətdar günlərdə toy etmək üçün müraciət edənlər indiyə nisbətən çox idi. Bu il isə belə müraciətlər çox az olub".

"Su Sonası" şadlıq evindən isə məsələ ilə bağlı qeyd edilib ki: "08.08.2018-ci il tarixi ilə bağlı toy etmək müraciəti qeydə alınmayıb. Demək olar ki, bizə müraciət edənlər içində belə günləri xüsusi nəzərə alan gənclərlə rast gəlmirik". 

 

Buradan belə nəticəyə gəlmək olar ki, cəmiyyətdə hələ də belə günləri əlamətdar sayan insanlar olsa da, ümumilikdə bununla bağlı fikirlər xeyli dəyişib.

Astroloqlar isə qeyd edir ki, bütün rəqəmlərin izahı var və bununla bağlı numerologiya elmi mövcuddur. "Numerologiya" latın sözü olub "numerus" rəqəm, "logos" elm deməkdir. Bu elmdə rəqəmlərin insan taleyində müəyyən rol oynadığına inanılır. Məsələn, neçənci ildə, ayda, gündə, bütün bunlar hesablanır, bölünür, çıxılır. Alınan rəqəmlər insanın hansı xarakterdə olduğunu xəbər verir. Burada da rəqəmlərin heç birini müqəddəsləşdirmək olmaz. Yəni, oxşar rəqəmlərin yan-yana düzülməyindən nəsə fövqəladə nəticə almağı planlaşdırmaq, fikirləşmək düzgün yanaşma deyil.

Sonda qeyd etmək lazımdır ki, rəqəmlərə mistik və ya xoşbəxtlik gətirən bir səbəb kimi baxmaq olmaz. İnsanlar xoşbəxt olmaq üçün bəhanə axtarırlar. İstəyir ayın 18-i olsun, istəyir 28-i, bunun insanların xoşbəxt və ya uğurlu-uğursuz olmasına heç bir təsiri yoxdur.

Afaq Rza

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR