Dərc edildi: Baxış sayı: 490
Tiflis və Moskva arasında əməkdaşlıq üçün lazımi zaman hələ yetişməyib
Tiflis və Moskva arasında əməkdaşlıq üçün lazımi zaman hələ yetişməyib.
Axar.az xəbər verir ki, bunu BBC-nin Rusiya xidmətinə açıqlamasında Gürcüstanın prezidenti seçilən Salome Zurabişvili deyib.
“Rusiya özünü indiki kimi aparmağa, yəni işğal xəttində insanların ələ keçirilməsinə və işğal xətti ərazimizin daha da içərisinə – Tiflisə doğru çəkilməyə davam etsə və Rusiyanın Ukrayna ilə münasibətlərdəki davranışını nəzərə alsaq, indi birbaşa əməkdaşlığa keçəcəyimizi düşünmürəm.
Tiflis avropayönlü mövqe tutur. Əgər Qərbdəki tərəfdaşlarımız – Avropa və ABŞ Moskva ilə dialoqa başlasalar, Tiflis də kənarda qalmayacaq”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət