Dərc edildi: Baxış sayı: 242
Zoran Milanoviç Prezident İlham Əliyevi təbrik edib
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevi təbrik edib.
Ens.Az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət