Slimfit
  1. CƏMİYYƏT

Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir

Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir
Sakura

Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir

Azərbaycanda Məişət Zorakılığının Qarşısının Alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi “Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaradılması təklif olunur.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O həmçinin Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramının qəbul edilməsini təklif edib.

“Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir. İcbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir. Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar”, - deyə o əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR