Qahirədə yerləşən zooparklardan birində ziyarətçilərin cəlb edilməsi üçün saxtakarlığa əl atılıb
Qahirədə yerləşən zooparklardan birində ziyarətçilərin cəlb edilməsi üçün saxtakarlığa əl atılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ev eşşəklərinin üzərinə qara və ağ zolaqlar çəkərək onları zebrlər kimi göstəriblər.
Saxtakarlığı əyalətlərdən birindən Qahirəyə ekskursiyaya gələn məktəbli Məhəmməd Sərxan ortaya çıxarıb. Onuncu sinifin şagirdi istiyə görə “zebrlər”də rənglərin bir-birinə qarışdığını görüb. Heyvanları bir müddət müşahidə edən məktəbli ekzotik zebrlərin adi ev eşşəklərinə necə çevrildiyinin şahidi olub.
Sərxan “zebrlər”in bir neçə şəklini çəkərək onları sosial şəbəkələrdə dərc edib. Şəkillər sosial şəbəkələrlə tezliklə yayılıb və zoopark rəhbərliyinin saxtakarlığı ərəb nəşrlərində ən çox müzakirə edilən mövzulardan biri olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət