Zoologiya İnstitutu ilə birgə beynəlxalq laboratoriya yaradılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunda ezamiyyətdə olub.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, ezamiyyət zamanı beynəlxalq laboratoriyanın yaradılması müzakirə edilib. Yeni yaradılacaq laboratoriyada Ural və Azərbaycanın bioloji müxtəlifliyinin birgə müqayisəli analizi aparılacaq. Suda-quruda yaşayanların genetik dəyişikliyi öyrəniləcək, onların statusu müəyyənləşdiriləcək. Köçəri quşların miqrasiya yolları, eyni zamanda heyvanların ekologiyasının tarixi və populyasiyalarının analizi işləri və digər sahələrdə tədqiqatlar aparılacaq.
Ezamiyyət zamanı bəzi gənc alimlər üçün elmi rəhbərlər və yeni elmi istiqamətlər də müəyyənləşdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət