Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

ZOB xəstəliyinə işarə edən ən yayılmış 8 Simptom

ZOB xəstəliyinə işarə edən ən yayılmış 8 Simptom
Sakura

ZOB xəstəliyinə işarə edən ən yayılmış 8 Simptom

 

Qalxanvari vəzi orqanizmdə bir çox proseslərə təsir etdiyindən bu orqanın xəstəlikləri də özünü müxtəlif simptomlarla büruzə verir.

Bəzən düzgün diaqnoz qoyulana qədər xəstə bir neçə mütəxəssisin müayinəsindən (kardioloq, qastroenteroloq, nevropatoloq və s.) keçir, lazım olmayan müalicələr alır.

El arasında qalxanvari vəzi xəstəliklərinə daha çox “zob” deyilir.

Saglamolun.az xarici KİV-lərə istinadla oxucularını “zob”un ən səciyyəvi simptomları ilə tanış edir.

1. Əhvalın dəyişilməsi

Qalxanvari vəzinin ifraz etdiyi hormonları insanın sinir sisteminə çox ciddi təsir edir. Əgər sizdə əhvalın daim pis olması, depressiya, apatiya, həyata marağın itməsi kimi simptomlar əmələ gəlibsə mütləq endokrinoloqa müraciət edin.

Digər tərəfdən səbəbsiz əsəbilik, aqressiya da qalxanvari vəzi xəstəliyinə işarə edə bilər.

Vaxtında müalicə olunmayan qalxanvari vəzi xəstəlikləri ciddi psixiki və şəxsiyyət pozulmlarına səbəb ola bilir.

2. Çəkinin səbəbsiz azalması və ya əksinə artması

Əgər insan qidalanmada heç bir dəyişiklik etməyib, lakin buna baxmayaraq onun çəkisi artır və ya azalırsa bu endokrinoloqa müraciət etmək üçün ciddi səbəb sayılır.

3. Boyun nahiyəsində dəyişikliklər və diskomfort

Boyun nahiyəsində şişkinlik, boyunun böyüməsi və daha enli görünməsi, nəfəsalma və udqunma zamanı çətinlik zob xəstəliyinə işarə edə bilər.

4. Saç və dırnaqların vəziyyətinin pisləşməsi, dəridə quruluq

Zob xəstəlikləri zamanı saçlar nazilir, tökülür, zəif və cansız görünür, dırnaqlar yumşaq və kövrək olur, ovulur.   

Dərinin çox quru olması, qabıq verməsi, həssaslığın artması, səpgilərin əmələ gəlməsi də digər simptomlarla birlikdə zob xəstəlikllərinə işarə edə bilər.

5. Qadınlarda menstruasiyaların pozulması

Bu zobun ən yayılmış simptomudur. Menstrual dövrünün pozulması  (qısalması və ya əksinə uzanması), menstruasiya zamanı qanın daha az və ya əksinə daha çox ifraz olunması, ağrılar zob xəstəliyinin simptomu ola bilər.

6. Bədən hərarətinin səbəbsiz artması və ya azalması

Belə xəstələr daim üşüyür və ya əksinə onlara daim isti olur. Qızdırmanı bir neçə gün ərzində ölçmək lazımdır. Qızdırma səbəbsiz olaraq düşür və ya əksinə qalxırsa endokrinoloqa müraciət edin.

7. Səbəbsiz qəbizlik və ya ishal

Qalxanvari vəzi həzm proseslərinə, bağırsaqların fəaliyyətinə çox ciddi təsir edir. Bu səbəbdən qalxanvari vəzi xəstəlikləri zamanı insanda qəbizlik və ya ishal inkişaf edə bilər. 

8. Ürək ritminin və təzyiqin dəyişilməsi

Ürək ritminin səbəbsiz olaraq artması və əksinə zəifləməsi, təzyiqin kəskin qalxması və ya enməsi zob xəstəliyindən xəbər verə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR