Slimfit
  1. İQTİSADİYYAT

Ziyad Səmədzadə: "Son illər ölkədə "kölgə iqtisadiyyatı" ilə aparılan mübarizə öz nəticələrini verir"

Ziyad Səmədzadə: "Son illər ölkədə "kölgə iqtisadiyyatı" ilə aparılan mübarizə öz nəticələrini verir"
Sakura

Ziyad Səmədzadə: "Son illər ölkədə "kölgə iqtisadiyyatı" ilə aparılan mübarizə öz nəticələrini verir"

"Son illər ölkədə aparılan islahatlar, xüsusilə "kölgə iqtisadiyyatı" ilə mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük".

"APA-Economics"in xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-in nominal artımı 1,2%, qeyri-neft sektoru üzrə 7,6% olduğu halda, vergi daxilolmalarının artım tempi 5,7% təşkil edib: "O cümlədən qeyri-neft sektoru üzrə artım 12,6% olub".

Komitə sədri qeyd edib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104,9%, neft sektoru üzrə 95,9%, qeyri-neft sektoru üzrə isə 109,5% yerinə yetirilib: "Cəmi fəal ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32,9% artıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR