Dərc edildi: Baxış sayı: 734
Ziya Paşa - Diyari küfrü gəzdim, beldələr, kaşanələr gördüm
Diyari küfrü gəzdim, beldələr, kaşanələr gördüm,
Dolaşdım mülki-İslamı, bütün viranələr gördüm.
Bulundum mən dəxi dar-üş-şəfayi Babi-alidə,
Fəlatunu bəyənməz orda çox divanələr gördüm.
Cahan namındakı bir məqtələ ama yolum düşdü,
Hökumət derlər orda bir neçə sallaxanələr gördüm.
Hüzuri — guşeyi — meyxanəni mən görmədim, getdi,
Nə məclislər, nə səhbalar, nə işrətxanələr gördüm.
Ziya, dəyməz xuman qeyrine meyxaneyi - dəhrin,
Bu işrətgahda mən çox durmadım, amma nələr gördüm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət