Ziya paşa - Türk yazıçısı, şairi və dövlət adamı
Ziya paşa, (d. 1825 İstanbul - ö. 17 may 1880 Adana). Türk yazıçısı, şairi və dövlət adamı. Əsl adı "Əbdülhəmid Ziyaəddin" dir.
Ziya paşa 1825-ci ildə İstanbulda doğulub. 17 may 1880-ci ildə Adanada ölüb.[1]
Tənzimat dövrü şairlərindən Yeni Osmanlılar siyasi zümrəsinə də qatılmış olan Ziya Paşanın dil və ədəbiyyat sahəsində türkçülüyü Şinasidən daha açıqdır. Məşhur "Şeir və inşa" məqaləsi, bu mövzuda bir dəlil kimi göstərilə bilər. Ziya Paşa bu məqaləsində Osmanlı təbirini türk qarşılığında, yəni Tənzimatdan öncəki mənasında işlədərək əski Osmanlı şairlərinin əsərlərini xatırlatdıqdan sonra deyir ki: "...Xeyr! Bunların heç birisi Osmanlı şairi deyildir... Əcəba, bizim mənsub olduğumuz millətin (yəni türk millətinin) bir dili və şeiri varmıdır və bunu islah mümkündürmü?" "İçlərində üçdə bir türkcə kəlmə tapılmayan və çox zaman zehin yormadıqca məna çıxarılmasına müqtədir olunamayan" əski əsərləri bəyənmir, türkcə imlasının sistemsizliyini, türkcədə işlənilən kəlmələrin sınırsızlığını, türkcə və ya osmanlıca qaydalarının düzənlənməmiş olduğunu tənqid etdikdən sonra türklərin təbii şeirinin Baki, Nəfi, Nədim və Vasiflərin mənzumələri, türklərin təbi-inşasının Veysi və Nərgisilərin nəsrləri olmadığını qəti şəkildə ifadə edir: "...Xeyr! Bizim təbii şeir və inşamız əyalət xalqıyla İstanbul əhalisinin xalq təbəqəsi arasında hələ durmaqdadır. Bizim şeirimiz hanı şeirlərimizin ahəngsiz deyə bəyənmədikləri xalq şərqiləri və saz şairləri arasında "deyiş", "üçləmə" və "qayabaşı" adlanan parçalardır və bizim təbii inşamız "Mütərcimi-qamus"un işləndiyi yazı yazma tərzidir. Hələ bir kərə rəğbət o yönə dönsün, az vaxt içində nə şairlər, nə katiblər yetişir, ağla heyrət verir". Sonradan dildə türkçülük məsələsi ilə məşğul olan nəzəriyyəçilər Paşanın XIX yüzil sonralarında qoyduğu bu məsələlərə çox bir şey əlavə edə bilmiş deyillər... Dildə türkçülüyü bu qədər yaxşı qavramış, Osmanlı ilə türk ifadələrini bərabər anlamlı olaraq istifadə etmiş şair və ədib Ziya Paşanın Yeni Osmanlılar cəmiyyətinin öndərlərindən siyasi Ziya Paşanı çox işlətdiyi millət və milliyyət ifadələrinin siyasi mənalarını incələmə və aydınlaşdırmağa sövq etməmiş olması çətin qəbul edilər, bununla bərabər Ziya Paşanın əsərlərindən siyasi türkçülüyünü çıxaracaq heç bir ipucu tapıb çıxara bilmədim.
Əsərləri
- Zafername (1868, düzyazı şiir)
- Rüya (ölümünden sonra, 1910)
- Veraset Mektupları (ölümünden sonra 1910)
- Eş'ar-ı Ziyâ (ölümünden sonra şiir, 1881)
- Şiir ve İnşa Makalesi
- Defteri Amal (anı niteliğinde)
- Terkibi-i bent
- Harabat
Tərcümələri
- Viardot’tan, Endülüs Târihi'ni,
- Cheruel ile Lavallee’den, Engizisyon Târihi'ni,
- J. Rousseau’dan Emil’i,
- Moliere’den Tartuffe’ü tercüme etmiştir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət