Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ziya Həsənov Niyazi oğlu

Ziya Həsənov Niyazi oğlu
Sakura

Doğum tarixi : 11 oktyabr 1989 Vəfat tarixi: 2 aprel 2016 (26 yaşında)

Ziya Niyazi oğlu Həsənov (d. 11 oktyabr 1989; Ağdam, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Ziya Həsənov 1989-cu ilin 11 oktyabr günündə Ağdam şəhərində anadan olub. 2016-cı ilin 8 iyun günündə Ziya Həsənovun ölümündən sonra Yağmur adında qız övladı dünyaya gəldi.

Hərbi xidməti

Baş leytenant Ziya Həsənov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Ziya Həsənov Bərdə şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Həsənov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ziya Həsənov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR