Slimfit
  1. İDMAN

"Zirə" Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

"Zirə" Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib
Sakura

"Zirə" Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turu “Zirə” üçün əlamətdar olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, səfərdə "Keşlə"yə 0:1 hesabı ilə uduzduğu qarşılaşma qəsəbə təmsilçisinin Premyer Liqada 100-cü matçına təsadüf edib.

Azərbaycan çempionatının yüksək dəstəsində 2015/2016 mövsümündə debüt edən komanda indiyədək 40 dəfə meydanı 3 xalla tərk edib. “Zirə” bu görüşlərdə 29 dəfə heç-heçə edib və 31 oyunda uduzub. Rəqib qapılarından 110 top keçirən kollektiv 98 qol buraxıb.

2015/2016 mövsümündə 36, 2016/2017 və 2017/2018 mövsümlərinin hərəsində 28 qarşılaşmaya çıxan “Zirə” cari çempionatın startınadək 92 matçda qüvvəsini sınayıb. “Keşlə” ilə səfər matçı Premyer Liqadakı 4-cü mövsümün 8-ci oyunu olub.

100 görüşdən 50-ni doğma meydanda keçirən komanda səfərdə 50-ci dəfə meydana çıxıb. “Zirə” rəqib meydanlarında 14 qələbə qazanıb, 16 heç-heçə edib və 20 dəfə uduzub. Bu matçlarda topların nisbəti 43:47-dir. 

Evdəki 50 oyunda isə 26 qələbəsi olan qəsəbə klubu 13 heç-heçə edib və 11 dəfə uduzub. 67 qol vuran meydan sahibləri qapısında 51 top görüb.

Qeyd edək ki, “Zirə” Premyer Liqada ilk matçını 2015-ci il avqustun 9-da AZAL-a qarşı keçirib və ev oyununda 1:0 hesabı ilə qalib gəlib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR