Dərc edildi: Baxış sayı: 6166
Zikri Ərdəbili - Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,
Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Meyü meyxaneyi-eşqin yolun bildirmə əğyarə,
Bəlalı aşiqə içdir bəla peymanəsin, yarəb.
Çəkib şanə dağıtdı zülfünü məşşateyi-naşi,
Pərişan könlümü sındırdı, smdır şanəsin, yarəb!
Rəqibim kakilündən könlümü istər rəha qılsın,
O kim istər yıxa bu xanəni, yıx xanəsin, yarəb!
Həqiqət atəşindən suznak eylə səməndər tək,
Ki nari-şəmə yandırma könül viranəsin, yarəb!
Xəyali-xalın ilə düşdü dami-zülfünə könlüm,
Bu nabina quşün sən damdə ver danəsin, yarəb!
Vüsali-yarə yetdi Zikri, amma hiç kəs bilməz,
Nə növ ilə əda qılsın bunun şükranəsin, yarəb?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət