Dərc edildi: Baxış sayı: 529
Zidan Qaret Beyllə bağlı qərarını açıqladı
"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın ulduzu Qaret Beyllə bağlı qərarını verib.
Fanat.Az xarici mediaya istinfadən xəbər verir ki, fransalı mütəxəssis uelsli futbolçunun satılmasını istəyib. Buna səbəb Beylin daim formada olmaması və komandanın liderinə çevrilə bilməməsidi.
Artıq "Real" rəhbərliyi bu barədə 30 yaşlı futbolçuya bu barədə məlumat verib və özünə yeni klub tapmağı tapşırıb. Beyli "Mançester Yunayted", "Bavariya" və "Tottenhem"in istədiyi bildirilir.
Qeyd edək ki, uelsli futbolçu "Real"a 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət