Slimfit
  1. AVTO VƏ MOTO

Zibillikdə 1 milyon avroluq avtomobillər aşkar olundu

Zibillikdə 1 milyon avroluq avtomobillər aşkar olundu
Sakura

Zibillikdə 1 milyon avroluq avtomobillər aşkar olundu

Mütəmadi olaraq yüksək kolleksiya dəyəri olan avtomobillərin təsadüfən aşkar edildiyi barədə məlumatlar yayılır. Fins.az xəbər verir ki, bu günlərdə də, belə maraqlı bir tapıntı barədə məlumat yayılıb. Çuvallarla dolu qarajda keçən əsrin 30-cu illərində istehsal edilmiş avtomobillər aşkar edilib. Bu avtomobillərin ümumi dəyəri bir milyon avronu üstələyir. Aşkar edilmiş dörd avtomobildən üçü Bugatti, biri isə Citroen markasına məxsusdur. Bu avtomobillər içərisində ən bahalısı 1937-ci ilin Bugatti Type 57 Graber kabrioletidir. Bu model 600 min avroya qiymətləndirilir. Bundan başqa, Bugatti Type 49 Van Vooren, Bugatti Type 40 və Citroen 5HP modelləri də identifikasiya olunub. Kolleksiya belçikalı heykəltaraşa məxsus olub. O, avtomobillərdən istifadə etməyib və onları incəsənət əsəri kimi öyrənib. 50-ci illərin sonlarından bu günə kimi avtomobillərə toxunulmayıb. Fevral ayında aşkar edilmiş raritetləri Parisdəki hərracda satmaq planlaşdırılır.

 

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR