Slimfit
  1. AZƏRBAYCAN

Zibili yandıranlar 500 manat ödəməli oldular

Zibili yandıranlar 500 manat ödəməli oldular
Sakura

Zibili yandıranlar 500 manat ödəməli oldular

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu Nərimanabad kəndi ərazisində fəaliyyət göstərən avtomobillərə texniki xidmət məntəqələrində formalaşan müxtəlif mənşəli tullantıların qalaqlanaraq yandırıldığı aşkar edilib.

ETSN-dən Trend-ə verilən məlumata görə, faktla bağlı məntəqələrin sahibləri Sabirabad rayon sakinləri Fəqan Ağazadə, İmaməli Həsənov, Ulduz Kərimov və Mahir Bağırov barəsində protokollar tərtib olunub.

Təqsirkarların hər biri inzibati qaydada 500 manat məbləğində cərimə edilib və tullantıların qısa müddət ərzində təmizlənməsi üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR