Dərc edildi: Baxış sayı: 6015
Ziba xanım Ləli - Pərişan eylərəm zülfu-pərişanı, ağam canı
Pərişan eylərəm zülfu-pərişanı, ağam canı
Pərişan eylərəm məcmu dünyanı, ağam canı.
Xəyali-vəslimə hər kim düşə, camndan əl çəksin
Bu sevdayə düşən tərk eyləsin canı, ağam canı.
Əgər turi-təcəlli eyləsəm bu abü tabilə
Şüayi-ruyim ilə məhv edərəm dünyanı, ağam canı,
Adım Ziba, sözüm şirin-şəkər, gözlerim şəhla
Fəramuş eyleyib hüsnüm Züleyxanı, ağam canı.
Sənin tək aşiqü məşuq yox, Ləli, bu aləmdə
Qamu aşiqləri eşqin edib fani, ağam canı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət