Dərc edildi: Baxış sayı: 6152
Zeynəb Zərbəli qızı - İsmayıl
Nə müddətdi yol gözlərəm,
Nə durmusan, qoç İsmayıl.
Atam məni salıb bəstə,
Gəl qapımı aç, İsmayil.
Dağlar başı duman olar,
Əlif qəddim kaman olar,
Mənim halım yaman olar,
Tez ağarar saç İsmayıl.
Gəl eşit Zeynəb sözünü,
Yoldan yığ yarın gözünü,
Çox da incitmə özünü,
Götür məni qaç, İsmayıl.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət