Slimfit
  1. İQTİSADİYYAT

“Zəyəm Texnologiyalar Parkı”nın rəhbərliyi yenilənə bilər

“Zəyəm Texnologiyalar Parkı”nın rəhbərliyi yenilənə bilər
Sakura

“Zəyəm Texnologiyalar Parkı”nın rəhbərliyi yenilənə bilər

İyunun 30-da, saat 11:00-da “Zəyəm Texnologiyalar Parkı” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Ens.az “Report”-a istinadən xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Səməd Vurğun küçəsi, 24 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Zəyəm Texnologiyalar Parkı”nın Müşahidə Şurasının yeni tərkibinin, eləcə də şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi və digər cari məsələlər daxildir.

Xatırladaq ki, "Zəyəm Texnologiyalar Parkı" 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında, 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Şirkət "Synergy Group" ASC-yə məxsusdur. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR