Dərc edildi: Baxış sayı: 518
Zərifin Nyu Yorkda hərəkəti qadağan edildi
ABŞ İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu Yorkda hərəkətini məhdudlaşdırıb.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onlara Nyu Yorkda yalnız BMT-nin mənzil qərargahı ilə İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin rezidensiyası arasında hərəkət izni verildiyi bildirilib.
“Amerikalı diplomatlar Tehranda azad hərəkət edə bilmirlər. İran diplomatlarının Nyu Yorkda hərəkəti üçün heç bir əsas yoxdur. Biz cənab Zərif və onu müşayiət edənlərə yalnız BMT razılaşmasında qoyulan öhdəliklərlə bağlı zəmanət veririk”, - Pompeo bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət