Zərif: ABŞ iranlıların ölməsi ilə qürur duyur...
ABŞ hakimiyyəti İran vətəndaşlarının ölməsindən qürur duyur.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər nazir Məhəmməd Cavad Zərif Tvitter hesabında “Röyter”də yayımlanan "ABŞ-dan İrana: Koronavirus sizi sanksiyalardan qurtarmayacaq" başlıqlı xəbərə cavab olaraq qeyd edib.
Sözügedən xəbəri paylaşan Zərif "Sizin siyasətiniz “pis şöhrətlə” xatırlanacaq, ancaq İran yıxılmayacaq" deyə bildirib.
Qeyd edək ki, sözügedən xəbərdə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Tehrana qarşı sanksiyaların İrana humanitar yardımın qarşısını almadığını və sanksiyaların davam edəcəyini bildirib.
Bundan əlavə, ABŞ Dövlət katibi də koronavirusla bağlı humanitar yardımların sanksiya altına düşmədiyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət