Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Zərərsiz saydığımız ərzaqlar necə zəhərə çevrilir?

Zərərsiz saydığımız ərzaqlar necə zəhərə çevrilir?
Sakura

Zərərsiz saydığımız ərzaqlar necə zəhərə çevrilir?

Sağlam qidalanma proqramına daxil etdiyimiz və bunun lazım olduğunu düşündüyümüz kahı, yumurta, pomidor kimi qidalar "Food and Drug Administration"un (FDA) yayımladığı ən riskli qidalar arasında üst sıralarda yer alıb.

 

FaktXəbər-in məlumatına görə, FDA risk qrupuna daxil edilən bu yeməklərin yaxşı təmizlənmiş və bakteriyaları təsirsiz hala gətirilmiş şəkildə istehlak edilməsini məsləhət bilir.

 

Yumurta 

Bir çox insanın əsas qida maddələrindən biridir. Ancaq "Health.com"a görə, Salmonella viruslarının böyük qismi yumurta istehlakı ilə əlaqəlidir.

 

Yumurta daxilində çoxalan bu zərərli bakteriya düzgün istehlak edilməyən yumurtalar vasitəsilə insanlara yoluxur. Buna görə də yumurtaları yaxşı bişirmək və soyuducuda saxlamaq lazımdır. Çiy yumurta istifadə edilən məmulatları istehlak etməmək də əsas tədbirlərdən biridir.

 

Yer fıstığı

Qida allergiyasına bağlı ölümlərin başında yer fıstığı allergiyası olanlardan qaynaqlanır.

 

"Time"ın xəbərinə görə, 1997-2002-ci illər arasında uşaqlarda yer fıstığı allergiyasının müşahidə sıxlığı iki dəfə artdı.

Kolbasa-sosiska: Amerika Uşaq Xəstəlikləri Akademiyasının araşdırmasına görə, kolbasa-sosikma məhsulları uşaqlarda tənginəfəslik və boğulma yaradır.

 

10 yaşa qədər uşaqlarda qidalanma ilə bağlı boğulmaların 20 faizi kolbasa məhsullarına görədir.

 

 

Göbələk

Təbiətdə bitən göbələk növlərindən bəziləri zəhərlənmələrə və hətta ölümə səbəb olur.

 

Öz həyətinizdə belə tapdığınız bəzi göbələklər halusinasiya təsiri yaratdığı halda, bəziləri ölümə qədər gedən daha ciddi zərərlər verə bilir. Təhlükəsiz olduğuna əmin olmadığımız göbələkləri istehlak etməmək lazımdır.

 

 

Ton balığı

Dünya üzərində ən geniş şəkildə işlədilən balıq növlərindən olan ton balığı da risk qrupuna daxildir. Xüsusilə ağ rəngli növləri çox istehlak edildikdə, tərkibindəki yüksək miqdarda civəyə görə hamilə qadınların və uşaqların sinir sistemi inkişafına mənfi təsir göstərir.

 

 

Qəhvə 

Bir çoxumuzun gündəlik rasionumuzda olan qəhvənin risk qrupuna aid olduğu qeyd olunub. Dişlərdə sararma, yuxusuzluq və orqanizmin su səviyyəsində azalmalar kimi əhəmiyyətsiz sayıla biləcək bir sıra təsirlərlə yanaşı, isti qəhvənin dəriylə təması halında baş verən üçüncü dərəcəli yanıqlar kimi bir sıra ciddi təsirləri də var.

 

 

Yaşıl tərəvəzlər

"Qıvırcıq kələm" ən populyar göyərtilərdən biridir, ancaq eyni zamanda FDA siyahısında da ilk sıralardadır. Təkcə kələm deyil, kahı, ispanaq, vəzəri kimi çiy istehlak etdiyimiz digər göyərtilər də eyni siyahıda ən təhlükəli yeməklərin siyahısındadır. Bildirilir ki, bu qidalar istehlak edilməzdən öncə ciddi şəkildə təmizlənməli və yuyulmalıdır.

 

Çünki ərzaqlara bağlı viruslar və xəstəliklərdən danışdıqda, "Koli Basili" kimi bakteriyaların günahkarı kimi tərəvəzlər göstərilir.

Mənbə: Faktxəbər.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR