Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Zərərlidir yoxsa yox : şəkər, ət və süd barədə elm adamları nə deyir?

Zərərlidir yoxsa yox : şəkər, ət və süd barədə elm adamları nə deyir?
Sakura

Zərərlidir yoxsa yox : şəkər, ət və süd barədə elm adamları nə deyir?

Bu məhsullardan imtina etməlisiniz, ya yox?

Bəzən belə görünür ki, düzgün qidalanma ilə bağlı mütəxəssislərin bütün tövsiyələrinə əməl etsəniz, ömrünüzün sonuna qədər qaynadılmış su ilə yuyulmuş brokkoli* yemək məcburiyyətində qalacaqsınız. Yumurta, süd, ət və xüsusilə şəkər - faydalıdır və ya zərərlidir? Həqiqətən hər qurtum və yeyilən hər tikə ilə qaçılmaz ölümü yaxınlaşdırırıq, yoxsa əksinə sağlamlığımızı yaxşılaşdırırıq və ömrü uzadırıq? Bunu anlamağa çalışaq!

*Brokkoli - kələmçiçəyikimilər fəsiləsinə aid olan birillik bitkidir. Əsasən İngiltərədə, İspaniyada və İtaliyada becərilir.Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var. Brokoli eyni zamanda mikroblarla savaşabilən və antioksidan xüsusiyyətinə sahib bir bitkidir. Bu gün brokkoli bir çox dünya mətbəxində istifadə edilməkdədir.

Qırmızı ət

6 milyondan çox insanın tibb tarixçəsinin təhlilinə dair 70 araşdırma işinin ötən ilin noyabrında dərc edilmiş icmalında bildirilir ki: qırmızı ət yeməklə xərçəng riskinin artması arasında heç bir əlaqə yoxdur. Eyni zamanda, tədqiqat işinin müəllifləri hər halda, birincisi, həddi gözləməyi və ətdən sui-istifadə etməməyi, ikincisi, yeməyin necə hazırlandığına diqqət yetirməyi tövsiyə edirlər.

Xatırladaq ki, 2018-ci ildə emal edilmiş qırmızı ət bu məhsulda çox sayda olan nitratlar və nitritlər, konservantlar səbəbindən rəsmi olaraq kanserogen kimi qəbul edilmişdi. Lakin bu konservant maddələr yalnız proteinlə zəngin olan qidalarda (məsələn, ətdə) çox olan aminlərlə - üzvi birləşmələrlə təmasda olduqları anda sağlamlığımız üçün həqiqətən təhlükəlidir. Nitratlar və nitritlərin təhlükəli nitrosaminlərə çevrilməsinin qarşısını almaq üçün, ətin yüksək temperaturda bişirilməsindən çəkinməlisiniz - məsələn, qrildə. Və yemək zamanı ətrafında təzə tərəvəzlərdən bol istifədə etməyi unutmayın - bunlar həmişə faydalıdır.

Süd

İki əsas təhlükə: süddəki yüksək miqdarda estrogen səbəbiylə yumurtalıq və döş xərçəngi riskinin artması və süd yağının ürək xəstəlikləri riskini artırması

Nəticələri 2018-ci ilin dekabr ayında yayımlanan araşdırma süd istehlakı ilə xərçəng riski arasındakı əlaqəni təsdiqləmədi. Arşdırma müəlliflərinin qeyd etdiyi kimi, təcrübi siçanların bədənində hər hansı bir təhlükəli dəyişiklik başlaması üçün süddəki hormonların səviyyəsi ən azı 100 dəfə yüksək olmalıdır.

Süd yağının ürək və qan damarlarının sağlamlığına təsirinə gəldikdə, Kembric tədqiqatçılarının qeyd etdiyi kimi, hər hansı bir mənfi təsir yalnız gündə bir litr süd içən insanlarda qeyd olunur. Həmçinin araşdırma müəllifləri bu vəziyyətdə ürək xəstəliklərinin artma riskinin, süd istifadəsi ilə çox əlaqəli olmadığını, bu cür insanların, əsasən, daha az sağlıqlı rasiona riayət etmələri ilə əlaqələndirirlər.

"Alternativ" süd növlərindən - soya, hindistan cevizi, yulaf və ya badam - indiyə qədər bir insanın bitki südündən lazımlı miqdarda qida maddələrini (ilk növbədə protein və kalsium) ala biləcəyini təsdiqləyən heç bir araşdırma mövcud deyil.

Şəkər

Tədqiqatçılar və həkimlər hələ də şəkəri açıq bir zərərli məhsul kimi tanımağa hazır deyillər. Nyu York Universitetinin qidalanma üzrə professoru Mario Nestle, bu yaxınlarda "JAMA Medicine" nəşrində dərc olunan bir məqalədə şəkərin yalnız təhlükəsiz deyil, həm də sağlamlığınız üçün faydalı olacağını xatırladır - əlbəttə ki, tövsiyə olunan həddi keçmədikdə. Bu hədd isə gündə 12,5 çay qaşığıdır və buraya bütün əlavə şəkər də daxildir.

Bəli, həddindən artıq şəkər sevgisi ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər, endokrin sistemin normal fəaliyyətini poza bilər və diabet və hətta depressiyanın inkişafına səbəb ola bilər. Ancaq rasionunuzda şəkərin miqdarına nəzarət etsəniz, narahat olmaq üçün heç bir əsas yoxdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR