Slimfit
  1. CƏMİYYƏT

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib
Sakura

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-də nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim briqadası Füzuli şəhəri, Zəngilan rayonunun Ağalı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uşaqlar üçün tibbi müayinələr təşkil edib.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlərdə əhali arasında tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə kompleks tibbi müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan aksiya çərçivəsində Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrları, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq tərəfindən uşaqlara yerində profilaktik baxışlar keçirilib və müvafiq müalicələr təyin edilib.

Tədbirdə 350-ə yaxın, o cümlədən Zəngilanda 200-ə yaxın, Cəbrayılda 100-ə yaxın və Füzulidə 50 uşaq həkimlər tərəfindən ümumi müayinədən keçiblər.

Bundan başqa, xəstəliklər aşkarlanan uşaqların sonrakı mərhələdə müalicəsi üçün göndərişlər verilib. Müayinələrdən sonra peyvəndləmənin əhəmiyyəti və ana südündən əlavə qidalanmanın qaydaları haqqında Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub. Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim pediatrları Gülnaz Ağayeva və Günay Salehova ətraflı təqdimatlarla çıxış ediblər. Həkim-pediatrlar valideynlərə tövsiyələrini veriblər, onları maraqlandıran sualları cavablandırıblar.

Sonda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin işğaldan azad edilən digər ərazilərdə də tibbi müayinələr və maarifləndirici tədbirlər keçirməsi nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR