Slimfit
  1. CƏMİYYƏT

Zəngəzurda Ermənistanla Azərbaycan nümayəndələri arasında danışıqlar olub

Zəngəzurda Ermənistanla Azərbaycan nümayəndələri arasında danışıqlar olub
Sakura

Zəngəzurda Ermənistanla Azərbaycan nümayəndələri arasında danışıqlar olub

Zəngəzurda rus sülhməramlılarının iştirakı ilə Ermənistanla Azərbaycan arasında danışıqlar baş tutub.

 “Ölkə.Az” “hraparak”a istinadən xəbər verir ki, görüş martin 31-də Zəngəzurun Teğ kəndinin Azərbaycan ordusunun yeni mövqelərdə möhkəmləndiyi ərazilərdə baş tutub.
Qeyd edək ki, Azərbaycan ordusu iki gün öncə Laçın rayonun Zabux və Cağazur ərazisində yerləşən bir neçə hakim yüksəklikləri əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürərək mövqelərini möhkəmləndiriblər.

“Hraparak”ın yazdığına görə, Ermənistan  Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan da dünən Zəngəzurda olub.

Danışıqlarda ermənilər Azərbaycan tərəfindən yeni nəzarətə götürdükləri ərazilərdən ilkin əldə edilən razılaşmaların olduğu hissəsinə qədər bir az geri çəkilməyə inandırmağa çalışıblar. Lakin danışıqlar nəticəsiz başa çatıb. Azərbaycan yeni mövqelərdən geri çəkilməyib və orada möhkəmlənməkdədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR