Slimfit
  1. SİYASƏT

Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik - Türkiyəli nazir

Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik - Türkiyəli nazir
Sakura

Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik - Türkiyəli nazir

Zəngəzur dəhlizi vasitəsilə bölgəmiz üçün yeni fürsətlər ortaya çıxdı.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumunun açılış mərasimində çıxış edərkən bildirib.

"Zəngəzur dəhlizi Cənubi Qafqazda normallaşma prosesi üçün önəmlidir. Türkiyə ilə Azərbaycan arasında birbaşa quru və dəmiryolunu təmin edəcək bu dəhlizin reallaşmasının bütün türk dünyasını bir-birinə bağlayan önəmli bir addım olacağına inanırıq. Dəhlizin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik", -deyə nazir əlavə edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dəmir yolu administrasiyalarının təşkilatçılığı ilə İstanbulda “Multimodulyar daşımalar və logistika” mövzusunda forum keçirilir.

Forumda Orta və Cənub nəqliyyat dəhlizlərinin imkanları, genişləndirilməsi, yükdaşımalarının təhlükəsizliyi və perspektivdəki işlər müzakirə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR