Slimfit
  1. CƏMİYYƏT

Zəngəzur dəhlizi Avrasiyada regional qarşılıqlı əlaqələri gücləndirəcək - "Pakistan Observer"

Zəngəzur dəhlizi Avrasiyada regional qarşılıqlı əlaqələri gücləndirəcək - "Pakistan Observer"
Sakura

Zəngəzur dəhlizi Avrasiyada regional qarşılıqlı əlaqələri gücləndirəcək - "Pakistan Observer"

Zəngəzur dəhlizinin açılması Avrasiyada regional qarşılıqlı əlaqələrin möhkəmlənməsi üzrə səylərə əlavə təkan verəcək.

Trend şənbə günü xəbər verir ki, bu barədə "Pakistan Observer" qəzetində dərc olunmuş məqalədə deyilir.

"Zəngəzur dəhlizinin açılması Xəzər dənizinin nəqliyyat şəbəkəsini, o cümlədən, Şərq-Qərb və beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizlərini daha da möhkəmləndirəcək. Dəhliz, həmçinin, Xəzər dənizindən Avropaya uzanan neft-qaz kəmərləri sisteminin inkişafına şərait yaradacaq və regionun tranzit potensialını daha da möhkəmləndirəcək. Bundan başqa, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin ayrılmaz hissəsi olaraq Azərbaycan ərazisi vasitəsilə Asiya və Avropanı birləşdirir ki, bu da Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşağı qismində öz mövqeyini möhkəmləndirməsinə imkan verəcək", - müəllif qeyd edir.

Məqalədə Azərbaycanın müasir dəmir yolu şəbəkəsinin əlavə olaraq modernləşdirildiyi və genişləndirilməkdə olduğu, Xəzər dənizindəki 15 milyon ton ötürücülük qabiliyyətinə malik ən iri ticarət limanının imkanlarının isə 25 milyon tonadək artırıla biləcəyi vurğulanır.

"Azərbaycan, həmçinin, Orta Dəhlizdə unikal və vacib rol oynayır. Avrasiyanın geosiyasi ladnşaftı sürətlə dəyişməkdədir. Bu dəyişikliklərin fonunda Orta Dəhlizin və Azərbaycanın rolu gün keçdikcə daha da artır. Orta Dəhliz Çinin "Bir zolaq - bir yol" təşəbbüsünün reallaşdırılmasının vacib komponentinə çevrilməklə Avrasiya regionunun gələcək inteqrasiyası və rabitəliliyinə imkan yaradan faktor olub. Beləliklə, Avrasiyada daha çox qarşılıqlı əlaqələrin təmin edilməsinin sosial-iqtisadi, geosiyasi və geostrateji aspektlərində Azərbaycanın rolu birinci dərəcəlidir", - materialda deyilir.

Müəllif Azərbaycanın enerji resurslarının etibarlı tədarükçüsü kimi rolunun artmaqda olduğunu da vurğulayıb.

"Azərbaycan Cənub Qaz Dəhlizi ilə Türkiyə vasitəsilə bir sıra Aİ ölkələrinə qaz tədarük edir. Tezliklə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın qaz tədarükçüsü, Türkiyənin isə etibarlı tranzit qovşağı kimi rolu daha da artacaq. Azərbaycanla Avropa İttifaqı arasında xüsusən energetika sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Son olaraq, Azərbaycan effektiv, etibarlı və mühüm enerji istehsalçısı və ixracçısı olaraq Xəzər regionunun əsas ölkəsidir", - məqalədə qeyd olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR