Slimfit
  1. AVTO VƏ MOTO

Zəncirvari qəzalarda sığorta ödənişləri necə tənzimlənir? - AÇIQLAMA

Zəncirvari qəzalarda sığorta ödənişləri necə tənzimlənir? - AÇIQLAMA
Sakura

Zəncirvari qəzalarda sığorta ödənişləri necə tənzimlənir? - AÇIQLAMA

Ötən gün Yasamal rayonunda baş verən zəncirvari qəzada eyni anda 10-a yaxın avtomobilə ciddi ziyan dəyib.

Hadisəyə sürücülərdən birinin avtomobilini yüksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir.

Ümumilikdə isə qəzada avtomobillərə dəymiş zərərin 10 min manatdan artıq olması ehtimal edilir. Bu hadisə bir daha zəncirvari qəzalarda sığorta ödənişlərinin hansı qaydada edilməli olduğunu gündəmə gətirib.

Ens.Az-ın məlumatına görə,sığorta eksperti Vüsal Bədəlov xezerxeber.az-a açıqlamasında bildirib ki, Bakı tıxaclar şəhəri olduğu üçün belə hadisələr tez-tez olur:

“Xüsusilə bu kimi hadisələrdə sığorta ödənişləri zamanı ciddi narazılıqlar yaranır. Çünkü belə hadisələrdə zərər vuranın sığorta şirkəti maksimum beş min manatlıq maddi ziyanı qarşılayır”.

Ekspertin sözlərinə görə, əslində sürücülərin az bir məbləğ ödəməklə öz məsuliyyət sığortalarının məbləğini artırmaq imkanları var. Yəni sürücülər icbari avtosığorta ödənişindən əlavə təxminən 20-40 manat əlavə ödəməklə beş min deyil, əlavə 10 min manata qədər təminat ala bilərlər.

Ekspert qeyd edib ki, əgər şəxsin əlavə məsuliyyət sığortası yoxdursa, bu zaman o, zərərçəkmişlər tərəfindən məhkəməyə verilə bilər. Nəticədə məhkəmə qaydası ilə dəyən zərər həmin şəxsin öz hesabına qarşılanır.

Ətraflı süjetdə:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR