Dərc edildi: Baxış sayı: 272
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alan olub? - FHN-dən AÇIQLAMA
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb.
Ens.az-ın məlumatına əsasən,bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.
“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - məlumatda vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət