Dərc edildi: Baxış sayı: 722
Zəlili - Aldatdı məni
Əwel başda çirkin dünya
Saz ilə aldatdı məni.
Dilbər geline bənzeyib,
Naz ilə aldatdı məni.
Qafil olub, qaynab daşdıq,
Şeytamn şərinə keçdik,
Çox oyunlu eşqə düşdük,
Baz ilə aldatdı məni.
Fayda dedilər ziyam,
Görkəzib altun kiyanı.
Yox ikən sonu, payanı,
Söz ilə aldatdı məni.
Dünya ulu qıza bənzer,
Görkəzdiler onu bize.
Rahat verməz, saldı azar,
Üz ilən aldatdı məni.
Dünya əwəl özün öydü,
Tutam dedim üzün sövdü,
Xiveyədek yurddan qovdu,
Duz ilə aldatdı ıtıeni.
Bu məkana qonan köçdü,
Neçe çıraq yanıb keçdi,
Saysız iller gəlib keçdi,
Yaz ilə aldatdı məni.
Zəlili çəkdi cəbrini,
GÖrmədik yaxşı dövrünü,
Yad etdirib Gürgəni,
Boz ilə aldatdı məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət