Dərc edildi: Baxış sayı: 401
Zelenskinin partiyası Ukraynanı satdı - Rabinoviç
Xalqın Xidmətçisi Partiyası torpaq bazarının açılması qərarı ilə bütün ölkənin gözü qarşısında Ukraynanı satdı.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Vadim Rabinoviç deyib.
“Bu gün hər kəsin gözü qarşısında Ukrayna satıldı. Əgər gələcəkdə də sussaq, bu cür hal bizim və ətrafımızdakıların evlərinin də başına gələcək. İnsanlar nəticə çıxarmalı, təşvişə qapılmamalı, küçələrə çıxaraq öz fikrini bildirməlidir. Onlar bizi lağa qoyaraq Ukraynanı satırlar”, - Rabinoviç bildirib.
Xatırladaq ki, Ukraynanın Ali Radası ötən gün ilk oxunuşda kənd təsərrüfatı torpaqlarının satılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət