Slimfit
  1. DÜNYA

Zelenskinin həyat yoldaşı hərəkətə keçmək qərarına gəldi

Zelenskinin həyat yoldaşı hərəkətə keçmək qərarına gəldi
Sakura

Zelenskinin həyat yoldaşı hərəkətə keçmək qərarına gəldi

Ukraynanın hazırki prezidentinin xanımı Yelena Zelenskaya hərəkətə başlamağı və ona yaxın humanitar missiyaların reallaşdırmasını planlaşdırdığını bildirib.

Bu barədə birinci xanım 16-cı Yalta Avropa Strategiyası forumunda (YES) çıxışı zamanı deyib.

“Hərəkət etmək vaxtı gəldi”, — Zelenskaya qeyd edib.

O bildirib ki, artıq bir neçə aydır Ukraynanın birinci xanımıdır, lakin o, yalnız nümayəndəlik funksiyalarını yerinə yetirmək istəmir. Zelenskaya qeyd edib ki, artıq onun ölkədə fəaliyyəti üzrə istiqamət planı var. Zelenskaya, əsasən perinatal sahə, məktəb qidalanması və uşaqların tərbiyəsi məsələləri daxil olmaqla, gələcək nəslin sağlamlığının qayğısına qalmağa söz verib. Onun nəzərdə tutduqlarının reallaşmasında ekspertlər, müvafiq qurumlar və təşkilatlar kömək edəcəklər.

“Mənə yaxın olan humanitar missiyalar seçəcəyəm”, — deyə Zelenskaya əlavə edib.

Bundan başqa, Ukraynanın birinci xanımı Olimpiya və Paralimpiya idmanının dəstəklənməsində maraqlıdır.

Yekunda isə o vurğulayıb ki, əri - Vladimir Zelenski onun üçün yalnız sevimli insan deyil, həm də hər cür dəstəkləməyə çalışdığı ən yaxşı dostudur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR