Dərc edildi: Baxış sayı: 421
Zelenskidən Ukrayna təyyarəsinin raketlə vurulması iddiasına münasibət
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna təyyarəsinin raketlə vurulmasına iddialarına münasibət bildirib.
Modern.az xəbər verir ki, o bu barədə öz “Telegram” kanalında yazıb.
“Biz öz nümayəndələrimizlə daim əlaqə saxlayırıq. Təyyarəyə raket dəyməsi versiyası istisna deyil amma bu gün üçün təsdiqini tapmayıb”.
O Dövlət katibi Mayk Pompeo ilə hadisəyə görə müzakirələr aparacağını söyləyib.
Xatırladaq ki, Ukraynaya məxsus Boeing 737 təyyarəsi Tehran aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Bu zaman 167 sərnişin və 9 heyət üzvü həyatını itirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət