Slimfit
  1. DÜNYA

Zelenskidən rus vətəndaşlara jest

Zelenskidən rus vətəndaşlara jest
Sakura

Zelenskidən rus vətəndaşlara jest

Ukrayna prezidenti Vladimir Zelenski siyasi əqidəsinə görə təqib edilən ruslara vətəndaşlıq vermə qaydasını sadələşdirib. 

BAKU.WS vedomosti.ru-ya istinadən xəbər verir ki, bu barədə fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.

Zelenski hələ aprel ayında Ukraynanın "avtoritar və korrupsiyalaşmış rejimlərdən əziyyət çəkən bütün xalqların nümayəndələrinə" və xüsusən də ruslara vətəndaşlıq verəcəyini söyləmişdi.

O, bunu Rusiya prezidenti Vladimir Putinin özünü "müstəqil" elan etmiş separatçı Donetsk və Lugansk Xalq respublikalarının (DPR və LPR) sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilmiş qaydası haqqında fərman imzaladıqdan sonra bəyan etmişdi. Onun bu bəyanatından 3 gün sonra - 27 apreldə Putin bütün Ukrayna vətəndaşlarına sadələşdirilmiş prosedurun şamil edilə biləcəyini söyləmişdi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR