Dərc edildi: Baxış sayı: 548
Zelenskidən İranın “səhv”lə bağlı açıqlamasına sərt cavab: “Öz günahını tam etiraf etməlidir!”
Ukrayna səhvən raket hücumu nəticəsində Tehranda təyyarənin qəzaya uğramasından sonra İrandan süni gecikmələr və maneələr olmadan tam və açıq bir araşdırma aparmasını gözləyir.
Gazeta.ru xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook” hesabında yazıb.
Ukrayna prezidenti bildirib ki, İran öz günahını tam etiraf etməli, hadisəyə görə məsuliyyət daşıyanları cəzalandırmalı və təzminat ödəməlidir.
V.Zelenski İranın Ukraynadan diplomatik kanallar vasitəsilə üzr istəməsini də gözlədiyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət