Dərc edildi: Baxış sayı: 1202
Zelenskidən İrana tələb: Üzr istəyin, kompensasiya ödəyin!
Ukrayna İrandan təyyarəsini vurduğuna görə öz günahını tam etiraf etməsini gözləyir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O, günahkarların məsuliyyətə cəlb edilməsini, rəsmi üzrxahlıq edilməsini və kompensasiya ödənilməsini istədiyini bildirib:
“Günahının tam etiraf edilməsində təkid edirik. Biz İrandan tam və açıq təhqiqat hazırlığı, günahkarların məsuliyyətə cəlb edilməsini, ölənlərin cəsədlərinin geri verilməsini, kompensasiya ödənilməsini, diplomatik kanallar vasitəsilə rəsmi üzrxahlıq gözləyirik”.
Qeyd edək ki, İran Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus təyyarənin səhvən vurulduğunu bu gün etiraf edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət