Dərc edildi: Baxış sayı: 517
Zelenski və Putin insanlar əzab çəkməsin deyə... - Falesa
Ukrayna və Rusiya prezidentləri insanlar əzab çəkməsin deyə iki ölkə arasındakı mövcud böhranı aradan qaldırmağı bacaracaq.
Axar.az xəbər verir ki, bu sözləri ukraynalı prodüsser Yuri Falesa deyib. O bildirib ki, mövcud konflikdən dolayı iki ölkənin insanları yaxınlarını, qohumlarını görməkdə çətinlik çəkir:
“Mən daim Rusiyaya, Krıma gedirəm. Daim insanlarla ünsiyyətdə oluram. İnsanlar bu situasiyadan, konflikdən elə beziblər ki, sülh istəyirlər. Hesab edirəm ki, onlar (Putin və Zelenski) insanlar əziyyət çəkməsin deyə problemin həll yolunu tapacaqlar”.
Qeyd edək ki, iki gün öncə V.Zelenki ilə V.Putin arasında telefon danışığı baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət