Dərc edildi: Baxış sayı: 611
Zelenski valideynləri ilə görüşə bilmədiyindən gileyləndi
Ukrayna prezidenti Vladimir Zelenski üç aydır valideynlərini görməməsindən gileylənib.
Oxu.Az-ın 360tv.ru saytına istinadən verdiyi xəbərə görə, Ukraynanın dövlət başçısı anasının hər gün ona zəng etdiyini deyib.
Zelenski söyləyib: "Anam gündə heç olmasa bir dəfə mənə zəng edir. Bəzən telefona cavab verməməyimdən inciyir. Avqustun 9-dan sonra valideynlərim nəvələrini görməyə gələcəklər".
Ukrayna prezidenti ata-anasını sonuncu dəfə inauqurasiya mərasimi zamanı gördüyünü bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət