Zelenski Rusiyanın qaytardığı gəmiləri belə qarşıladı
Ukrayna Prezidenti Vladimir Zelenski Kerç boğazında baş vermiş insidentdən sonra Rusiyadan qayıdan gəmiləri şəxsən özü qarşılayıb.
“Qafqazinfo” xəbər verir ki, ötən gecə Oçakov şəhərindəki limana gələn Zelenskinin yanında Almaniya və Fransa səfirləri, eləcə də ATƏT-in Minsk danışıqları üzrə xüsusi nümayəndəsi Martin Saydik də olub.
Xatırladaq ki, 25 Noyabr 2018-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidməti sərhəd nəzarəti Kerç boğazı bölgəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin üç gəmisini – “Berdyansk”, “Nikopol” və “Yan Kapu”nu Rusiya dövlət sərhədini qanunsuz keçdikləri üçün saxlamışdı. Gəmilərlə birlikdə Ukrayna Təhlükəsizlik Xidmətinin iki əməkdaşı da daxil olmaqla 24 Ukrayna hərbçisi saxlanılmışdı. Tutulan şəxslərin hamısı sentyabrda hər iki ölkə arasında baş tutan mübadilə çərçivəsində Kiyevə qayıtmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət